Modern.az

Sabahdan Samara-Bakı reysi uçuşlara BAŞLAYIR

Sabahdan Samara-Bakı reysi uçuşlara BAŞLAYIR

Aktual

27 İyul 2022, 14:12

İyulun 28-dən etibarən Rusiyanın “Utair” aviaşirkəti Samara-Bakı reysi üzrə uçuşlara başlayacaq.

 

Modern.az xəbər verir ki, uçuşlar cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Biletin qiyməti 7 560 rubldan (213 manatdan) başlayır.

 

“Utair”in prezidenti Oleq Semenovun sözlərinə görə, şirkət region sakinlərinin müraciəti əsasında yeni istiqamətlər açmağı planlaşdırır.

 

“Biz daha bir beynəlxalq reys açırıq, əminik ki, buna tələbat olacaq”, - Oleq Semenov qeyd edib.

 

Xatırladaq ki, hazırda Samara-Bakı marşrutu üzrə uçuşlar “İrAvia” aviaşirkəti tərəfindən həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı