Modern.az

Bakıdakı Gürcüstan səfirliyində bayraq endirildi 

Bakıdakı Gürcüstan səfirliyində bayraq endirildi 

Aktual

30 İyul 2022, 00:42

Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

 

Modern.az xəbər verir ki, Gürcüstan hökumətinin qərarına əsasən, iyulun 29-da Qudauridə baş vermiş və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar iyulun 30-u bu ölkədə matəm günü elan edilib.

 

Qeyd edək ki, dünən Tetri Araqvi vadisində “Mi-8” tipli helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 8 nəfər ölüb. Qəzanın səbəbinin müəyyən edilməsi üçün ekspertiza aparılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!