Modern.az

Əli Əsədov gürcü həmkarına başsağlığı verdi

Əli Əsədov gürcü həmkarına başsağlığı verdi

Aktual

30 İyul 2022, 11:54

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Ə.Əsədov Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar Baş nazir İ.Qaribaşviliyə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!