Modern.az

Bakı aeroportunda “İphone 13” əməliyyatı - VİDEO

Bakı aeroportunda “İphone 13” əməliyyatı - VİDEO

Aktual

30 İyul 2022, 15:10

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan ərazisinə 30 ədəd mobil telefonun qeyri-qanuni yolla gətirilməsinin qarşısını alıb.

 

Modern.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

 

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.

 

Vətəndaşa məxsus sellofan paketə baxış keçirilib və oradan qutusuz və aksesuarsız 30 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 1 ədəd “Apple Watch” smart qol saatı, 1 ədəd “Apple Watch” markalı smart qol saatının kəməri və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq aşkar olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı