Modern.az

Cüdoçularımız Avropada qızıl medal qazandı

Cüdoçularımız Avropada qızıl medal qazandı

Aktual

30 İyul 2022, 20:50

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan komandası uğurla çıxış edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan yığma komandası yarımfinalda Fransa millisini 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Millimiz həlledici mərhələdə Ukrayna millisinə 4:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

 

Qeyd edək ki, komandamız fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə edib. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı