Modern.az

2 güləşçimiz dünya çempionu oldu 

2 güləşçimiz dünya çempionu oldu 

Aktual

30 İyul 2022, 22:51

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz 2 qızıl medal qazanıb.

 

Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub.

 

İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı