Modern.az

Yaponiya ilk dəfə Azərbaycandan neft alacaq

Yaponiya ilk dəfə Azərbaycandan neft alacaq

Aktual

Bu gün, 14:13

Yaponiya İranla müharibənin başlamasından sonra ilk dəfə Azərbaycandan neft alır.

Modern.az xəbər verir ki, bu barədə Reuters Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycan nefti daşıyan tanker ən tez çərşənbə axşamı Yokohama limanına çatacaq. Yük Yaponiyanın ən böyük enerji şirkətlərindən biri olan Eneos üçün nəzərdə tutulub.

Yaponiya rəsmisi Narumi Hosokavanın sözlərinə görə, bu, İranla müharibə başladıqdan sonra Yaponiyanın Mərkəzi Asiyadan aldığı ilk neft yükü olacaq.

Qeyd olunur ki, fevralın sonlarında ABŞ və İsrailin İranla müharibəsi başlamazdan əvvəl Yaponiya xam neft idxalının təxminən 95 faizini Yaxın Şərqdən həyata keçirirdi. İranın Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırması isə neft tədarükünə ciddi təsir göstərib.

Buna görə Yaponiya alternativ mənbələr axtarmağa başlayıb. Ölkə bu müddətdə ABŞ-dən də neft idxal edib, həmçinin sanksiyalardan istisna edilən Rusiyanın “Saxalin-2” layihəsindən neft alıb.

Məlumata əsasən, Yaponiya enerji çatışmazlığını azaltmaq üçün strateji neft ehtiyatlarından da istifadə edir. Martın 16-da ölkə təxminən 50 günlük istehlaka bərabər həcmdə ehtiyat buraxıb. Daha sonra birgə ehtiyatlardan əlavə 5 günlük, mayın 1-dən isə daha 20 günlük istehlak həcmində neft bazara yönləndirilib.

Mayın 8-nə olan məlumata görə, Yaponiyanın ümumi neft ehtiyatları 205 günlük istehlakı qarşılayacaq səviyyədədir. Bunun 121 günü dövlət, 83 günü özəl sektor, 1 günü isə neft istehsalçısı ölkələrlə ortaq ehtiyatların payına düşür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV