Modern.az

Daha bir ölkə WUF13-də iştirak edəcəyini təsdiqlədi

Daha bir ölkə WUF13-də iştirak edəcəyini təsdiqlədi

Aktual

Bu gün, 15:48

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) Səudiyyə Ərəbistanı nümayəndə heyətinə ölkənin bələdiyyələr və mənzil-tikinti naziri Məcid bin Abdullah əl-Hoqayl rəhbərlik edəcək.

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi dövlət xəbər agentliyi məlumat yayıb.

Səfərin məqsədi şəhərsalma, mənzil siyasəti və dayanıqlı şəhər inkişafı sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

***

14:36

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşq qubernatoru Maher Edlibi ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüş Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) iştirak edəcək Suriya Ərəb Respublikası nümayəndə heyətinin Azərbaycana səfərindən əvvəl keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV