Vladimirovka və Alekseyevka kəndlərində ilkin dövrlərdə əsasən rus etnik mənsubiyyətli şəxslər yaşayıb. Lakin hazırda əhalisi 3437 nəfər olan Vladimirovka kəndində rus etnik mənsubiyyətli cəmi yeddi ailə yaşayır. Alekseyevka kəndində isə rus etnik mənsubiyyətli ailə yoxdur və burada yaşayan 3719 nəfərin hamısı digər Azərbaycan vətəndaşlarıdır.
Modern.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən pelnar iclası zamanı “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi haqqında danışarkən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, Timiryazev kəndinin adı isə həmin kəndə 1965-ci ildə verilmişdir. Buna səbəb kəndin ərazisində fəaliyyət göstərən sovxozun rus bioloqu Kliment Arkadyeviç Timiryazevin şərəfinə adlandırılması olmuşdur. Kəndin əvvəlki adları “On bir versta” və “11 nömrəli sovxoz” olmuşdur. Hazırda əhalisi 2567 nəfər olan bu kənddə də rus etnik mənsubiyyətli ailə yaşamır.
59 saylı Quba seçki dairəsinin deputatı Əlibala Məhərrəmzadə isə vurğulayıb ki, qeyd olunan hər üç kəndin sakinləri də aidiyyəti qurumlara çoxsaylı müraciətlər ünvanlayaraq yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini dəstəklədiklərini bildirmişlər.