3 dünya ulduzu "Fənərbaxça" ilə masaya oturacaq.
Modern.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, İstanbul klubunun prezidentliyinə namizəd Hakan Safi 6-7 iyun tarixlərində keçiriləcək konqres öncəsi transfer çalışmalarını sürətləndirib.
Məlumata görə, Hakan Safi Dortmund "Borussiya"sından Serhu Qirassi və "Barselona"dan ayrılan ulduz hücumçu Robert Levandovski ilə prinsipial razılıq əldə edib. Onun siyahısındakı digər əcnəbi ulduz isə "Marsel"in 24 yaşlı vingeri Meyson Qrinvuddur.
Safinin Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu və vaxtilə "Fənərbaxça"nın akademiyasında yetişən Merih Demiralla anlaşdığı irəli sürülür. Bundan əlavə, onun Zeki Çelik və Ümit Akdağ ilə də prinsipial razılığa gəldiyi qeyd olunub. Hakan Safi artıq iki milli ulduzu İstanbula gətirdiyini və danışıqları tamamlayacağını bəyan edib.
Töhfə Səməd