İtaliya sahillərində 6.1 maqnitudalı zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 219 min nəfər əhalisi olan Messina şəhərindən 144 kilometr şimalda, ocağı isə yerin 25 kilometr dərinliyində qeydə alınıb.
Güclü yeraltı təkanlar İtaliyanın cənubundakı bir neçə regionda, o cümlədən Kalabriya, Siciliya, Kampaniya və Puliyada da hiss edilib.
Zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.
Töhfə Səməd