Modern.az

Karapetyana yeni cinayət işi açıldı

Karapetyana yeni cinayət işi açıldı

Aktual

Bu gün, 16:04

Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyana qarşı yeni cinayət işi açıb.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə komissiya məlumatı yayıb.

Qeyd edilib ki, "Güclü Ermənistan" partiyasının sədri aktivləri və gəlirləri haqqında bəyannamə təqdim etməyib.

Xatırladaq ki, Samvel Karapetyan 2025-ci ilin iyununda Ermənistanda həbs edilib. Ona Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsinə dair açıq çağırışlar etmək ittihamı irəli sürülüb. Hazırda o, ev dustaqlığındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV