Modern.az

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan

Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan

Aktual

Bu gün, 09:45

Rəsmi Bakı İrəvanda keçirilən COP17 tədbirlərinə nümayəndə heyəti göndərməyib. 

Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan yerli mediaya açıqlamasında deyib.

Simonyan rəmi Bakının bu qərarının iki ölkə arasındakı münasibətlərə şamil edilməməli olduğunu bildirib.

O, Bakının qərarının Ermənistanın 2024-cü ilin noyabrında Azərbaycanda keçirilən COP29-da iştirak etmək istəməməsinə cavab ola biləcəyini istisna etməyib.

“Bizim münasibətlərimizdə gərginlik yoxdur və gözlənilmir”, – deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Qeyd edək ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci toplantısı (COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək. Hazırlıq tədbirləri və “Yaşıl zona”nın fəaliyyəti isə oktyabrın 18-də başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiya Qazaxıstana nota verdi -Azərbaycanlı müğənniyə görə gərginlik