23 May 2020, 14:13 | Ana Səhifə - Yazılar - Vətənpərvərlik belə olmur
Vətənpərvərlik belə olmur

Elçin Alıoğlu


"Niyə susursunuz?", "Bu biabırçılığa niyə göz yumursunuz?" Və bu kimi onlarla, yüzlərlə suallar. Facebook-un inboksu doludur, bəlkə də daşır.

Bilərəkdən susdum. Çünki ömrünün 30 ilini dünya xalqlarının tarixinə marağa verən, üstəlik də riyaziyyat qanunlarını bilən adam kimi - təvazökarlıqdan uzaq da olsa - hadisələrə eksponensial, illah da ki, emosional yanaşmanı əsla sevməm.

Nədir məsələ?

Mayın 21-də Şuşada andiçmə mərasimi oldu. Dağlıq Qarabağdakı terrorçu - separatçı yox, iş separatçılıqdan çoxdan çıxıb - rejimin keçirdiyi "prezident seçkiləri"ində "qalib" gəlmiş Araik Harutyunyan adlı birisi and içdi guya.

Ermənistanın baş naziri Nikol Paşinyan da orada idi. Zövcəsi və ətrafındakı adamları ilə birlikdə.

Azərbaycanda sosial şəbəkələr kükrədi, "Şuşanıvur" heşteqi yarandı.

Məni də suçladılar ki, susursan, qoşulmursan, səsin çıxmır və s.
Baxırdım, çünki bu qəzəb fərdi qaydada səmimi, cəm halda qeyri-səmimi idi.

Gəlin, vəziyyətə soyuqqanlı baxaq. Çətin olsa da, cəhd edək.
Paşinyan bunu bilərəkdən edir. O, demokrat deyil, insan haqları və açıq cəmiyyət barədə gəvəzələmələri də publikaya oynamaqdır: Ermənistanın baş naziri sələflərindən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində daha aqressiv, marazmatik, hədda idiotik siyasət yürüdür.

Çünki publikaya oynayır, kütlə psixologiyasına məğlub olub, hakimiyyətini səbatlı və dayanıqlı saymır.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryanı və Serj Sarqsyanı "diktator"t adlandırsa da, özü onlardan da betərdir.
Paşinyanın demokrat sayılması sırf səfsəfədir: demokrat heç bir halda işğala haqq qazandırmaz və terrorizmi də dəstəkləməz.
Şuşadakı mərasimlə bağlı sosial şəbəkədəki qəzəbimiz anlaşılandır, naturaldır, yəni təbiidir.

Elmi terminlər yazaraq özümü ağıllı mola kimi göstərmək istəmirəm və bu səbəbdən sadəcə bəyan edirəm: belə qəzəbin izhar formatı mənasız, qeyri-effektivdir.

Məsələ heç də "Hakimiyyət bizi eyninə almır, Qarabağ problemini həll etmək istəmir" təki demaqogiya deyil.
Məsələ "Şuşanıvur" kimi aberrasiyalı populizmi vətənpərvərlik izharı kimi qəbul etməkdir.

Niyə vurulmalıdır Şuşa? Bir ovuc erməniyə, bir dəstə dılğıra görə?

Separatçılıqdan terrorizmə adlayanları vurmaq lazımdır, gözəl Şuşanı yox.

Dağlıq Qarabağ və işğal altında olan digər ərazlərimiz, sadəcə, 26 ildən bəri erməni tapdağındakı torpaqlar deyil. Onlar milli mənlik, identifikasiya, qürur, perspektiv və s. ilə bağlı məsələlərdir.

Pafosla, sosial şəbəkələrdəki virtual hücumlarla bu iş olmaz. İşğaldakı yaşayış məntəqələrinin adlarını daşıyan kafedə və ya restoranda oturub "Şuşanıvur" yazanın şüurundakı gəlişmələr mənə, şəxsən, çox maraqlıdır.

Google-a axtarış verib öyrəndiyi sözlərlə nevropatoloqa dərs keçməyə çalışan, tarixçiyə "Mənbə göstər, mənbə hanı?" deyən, alimə "Sizin bildiyiniz yanlışdır" deyən, taktikanı kompüter oyunlarından, millətçiliyi türk seriallarından hopduranları qoyuram kənara: onlar tam ayrı tədqiqat obyektləridir.

"Bizdə niyə İlber Ortaylı və Celal Şengör kimi alimlər yoxdur?" deyib guya öz aləmində vaysınan, amma Aynişanın və ya Röyanın xəbərlərini oxuyub haypda əriyən, alimini dinləməyənlərlə, TV-lərdə elmi-populyar verilişlərin olmamasını müzakirə etməyən, olsa belə, baxmayanları da görürəm.
İşim yox, olsunlar işlərində.

"Qarabağ alınsın, piyada gedəcəm" deyiğ özünü vətənpərvər hesab edənlər də o cümlədən.

Dəyişməliyik. Rasional, praqmat, soyuqqanlı olmalıyıq.
Qarabağı azad etməyin yolu, inanın, elmdədir, savaddadır, bilikdədir.

Elmsiz toplum həmişə elmlilərin nəzarətində olub və belədir.
"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq, özümüzü millət olaraq aşağılamaq problemin həlli deyil.

Vətənpərvərlik belə olmur. Belə olmamalıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi 22 Oktyabr 2021, 19:43 Nazir Telekommunikasiya İttifaqının rəsmisi ilə görüşdü 22 Oktyabr 2021, 19:32 Bakıda nəzarətsiz qalan azyaşlı xilas edildi 22 Oktyabr 2021, 19:29 Azərbaycanın sədrliyi ilə QDİƏT-in iclası keçirildi 22 Oktyabr 2021, 19:13 Sahibə Qafarovadan Avropa ölkələrinə Ermənistan XATIRLATMASI   22 Oktyabr 2021, 19:02 Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək 22 Oktyabr 2021, 18:53 Azərbaycan əhalisi nağdsız ödənişlərə üstünlük verir 22 Oktyabr 2021, 18:47 Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama 22 Oktyabr 2021, 18:42 Eldəniz Səlimovun işi Ağır Cinayətlər MƏHKƏMƏSİNDƏ 22 Oktyabr 2021, 18:24 İsveçdə reper güllələndi 22 Oktyabr 2021, 18:20 Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub 22 Oktyabr 2021, 18:16 AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı 22 Oktyabr 2021, 18:12 Azərbaycanlı hakim Avropada karantinə alındı 22 Oktyabr 2021, 18:08 Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22 Oktyabr 2021, 18:02 Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirdi 22 Oktyabr 2021, 17:56 Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərini YOXLADI 22 Oktyabr 2021, 17:50 Son sutkada PEYVƏNDLƏNƏNLƏR 22 Oktyabr 2021, 17:47 Yoluxma artdı - 18 nəfər öldü 22 Oktyabr 2021, 17:44 AFFA bu klubları 11 min manat CƏRİMƏLƏDİ 22 Oktyabr 2021, 17:38 Moskvada 20-yə yaxın aviareys təxirə salındı 22 Oktyabr 2021, 17:32 Dolların yeni həftə üçün MƏZƏNNƏSİ 22 Oktyabr 2021, 17:26 Şirvanda “patı” satan şəxs saxlanıldı 22 Oktyabr 2021, 17:20 Vəzifəli şəxslər Şükür Həmidovun məzarını ziyarət etdilər - FOTOLAR 22 Oktyabr 2021, 17:14 Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi 22 Oktyabr 2021, 17:08 Putin baş nazirlə 5 saat nə barədə danışıb? 22 Oktyabr 2021, 17:03 Vətən Müharibəsi qəhrəmanının XATİRƏ GECƏSİ  22 Oktyabr 2021, 16:59 Ərəb mətbuatı Prezidentin Füzuli səfərindən yazdı 22 Oktyabr 2021, 16:54 Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir 22 Oktyabr 2021, 16:51 Moskvada güclü qasırğa: Kremlin divarı zədələndi 22 Oktyabr 2021, 16:46 Azərbaycana iki minaaxtaran it GƏTİRİLDİ 22 Oktyabr 2021, 16:40 50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ 22 Oktyabr 2021, 16:34 Azərbaycan-İran sərhədində silah-sursat aşkarlandı - FOTOLAR 22 Oktyabr 2021, 16:28 Şəhidin xanımı dəfn olundu - FOTOLAR 22 Oktyabr 2021, 16:23 Saatlıda içməli su təchizatı yaxşılaşdırıldı 22 Oktyabr 2021, 16:17 Hava kəskin dəyişəcək, temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 22 Oktyabr 2021, 16:12