Modern.az

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Diaspor

Bu gün, 10:21

Şəkidəki “Zipline” faciəsi ilə bağlı daha bir detal üzə çıxıb.

Modern.az xəbər verir ki, sentyabrın 8-də Şəki rayonunda yerləşən “Şəki Yaylası” istirahət kompleksində baş verən “Zipline” faciəsi zamaın ölən 2 nəfərdən biri xarici ölkə vətəndaşı olub.

Hadisə zamanı həyatını itirən 27 yaşlı Ucal Bayramovun Gürcüstan vətəndaşı və əslən Bolnisi bələdiyyəsinin Darvazi kəndindən olduğu bildirilir.

Xatırladaq ki, Ucal Bayramovla Coşqun Məmmədovun “Zipline” əyləncəsindən istifadə edərkən hündürlükdən yıxılaraq həlak olublar. Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və hazırda ibtidai istintaq aparılır.

Hazırda hadisənin dəqiq səbəbləri və qurğunun texniki vəziyyəti araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi