Modern.az

Ukrayna Donbasda verdiyi itkiləri açıqladı

Ukrayna Donbasda verdiyi itkiləri açıqladı

Dünya

8 May 2018, 12:55

Ukrayna Müdafiə naziri Stepan Poltorak ölkənin silahlı qüvvələrinin Donbas əməliyyatlarında itkilərini açıqladı.

 

Modern.az xəbər verir ki, bu barədə o “Obozrevatel” nəşrinə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə ölkənin silahlı qüvvələrinin itkiləri 3,3 min nəfər təşkil edib.

 

“Silahlı Qüvvələr 3 332 nəfər itki verib. Onlardan 2 394 nəfər döyüş itkiləri, 938 nəfər isə qeyri-döyüş itkiləri olub” – Poltorak bildirib.

 

Qeyd edək ki, 2014-cü ildə dövlət çevrilişindən və prezident Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkənin şərqində rusdilli əhali kütləvi mitinqlərə və silahlı müqavimətə bağlayıb.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər