Modern.az

İstilərə görə 130-dan çox insan suda boğulub

İstilərə görə 130-dan çox insan suda boğulub

Dünya

11 İyul 2026, 03:21

Fransada davam edən ekstremal isti hava şəraiti fonunda son üç həftə ərzində 130-dan çox insan boğularaq həyatını itirib.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Marina Ferrari məlumat verib.

Nazir bildirib ki, iyunun 19-dan bəri ölkədə 131 nəfər boğulma hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, bədbəxt hadisələrin qurbanları əsasən 18 yaşınadək yeniyetmələr və 60 yaşdan yuxarı şəxslərdir.

Statistikaya əsasən, dünyasını dəyişənlərin 55%-i çimmək üçün qadağan olunmuş ərazilərə daxil olanlardır. Digər 20% hal isə xüsusi mülklərdə yerləşən şəxsi hovuzlarda baş verib.

Qeyd edək ki, iyunun ortalarından etibarən Fransada anomal istilər müşahidə olunur və bir çox temperatur rekordları yenilənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!