İsrailin energetika naziri El Koen İranın nüvə və ya ballistik raket proqramını bərpa etməyə çalışacağı təqdirdə bu ölkəyə zərbə endiriləcəyini bildirib.
Modern.az xəbər verir ki, nazir ABŞ ilə İran arasında razılaşmanın əldə olunmasının da İsrailin mövqeyini dəyişməyəcəyini deyib.
“İran səhvə yol verərək nüvə və ya ballistik raket proqramını yenidən həyata keçirməyə çalışsa, ABŞ ilə razılaşma imzalansa belə, zərbə endirmək üçün orada olacağıq”, – Koen vurğulayıb.