Seysmoloqlar Rusiyanın Kamçatka bölgəsində 6,9 bal gücündə zəlzələ qeydə alıblar.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdən 156 km cənub-qərbdə, quruda olub. Episentr 138 km dərinlikdə yerləşib.