Modern.az

Sumqayıtda yaşayış binasında yanğın oldu

Sumqayıtda yaşayış binasında yanğın oldu

Hadisə

Bu gün, 00:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan mənzilin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 kvadratmetr sahədə ayaqqabı rəfi və bir ədəd elektrik yuvası yanıb.

Xəsarət alan olmayıb.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV