Modern.az

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Hadisə

2 İyun 2026, 02:28

Sumqayıtda avtobusda ölüm hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, 1951-ci il təvəllüdlü Əliyev Əlişir Əşir oğlu “10 V” nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunda olarkən səhhətində qəfil problem yaranıb. Sərnişinlərin və sürücünün diqqətindən yayınmayan hadisə zamanı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Hadisə yerinə cəlb olunan müvafiq xidmət əməkdaşları tərəfindən ilkin araşdırma aparılıb. İlkin ehtimallara əsasən, kişinin səhhətində yaranan ciddi problem onun həyatını itirməsi ilə nəticələnib.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

(Teleqraf)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi