Modern.az

Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi

Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi

Hadisə

3 İyun 2026, 21:24

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detalları müəyyənləşdirilir.

(Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ