Modern.az

Millimiz Dünya Kubokuna qələbə ilə start verdi

Millimiz Dünya Kubokuna qələbə ilə start verdi

İdman

Bu gün, 20:08

1 iyun 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda ilk qrup oyununa çıxıb.

Modern.az xəbər verir ki, qızlarımız ilk qrup oyununda Madaqaskar seçməsi ilə qarşılaşıb və rəqibinə 21:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimizin qrupda növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 22:20-də qrupun və turnirin əsas favoritlərindən sayılan Niderland millisinə qarşı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV