Rusiyalı jurnalist və teleaparıcı Mixail Ponomaryov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Milli Teleradio Yayımçıları Assosiasiyası özünün “Telegram” kanalında məlumat yayıb.
“Rusiyalı jurnalist və teleaparıcı, 1991–1999-cu illərdə RTR telekanalında yayımlanan “Vesti”, 1999–2001-ci illərdə isə TV-6 telekanalında yayımlanan “Novosti” proqramlarının aparıcısı Mixail Ponomaryov vəfat edib”, – deyə məlumatda bildirilib.
Assosiasiya jurnalistin vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib.