2010 – cu ildə dünyada 57 jurnalist öldürülüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “Sərhədsiz jurnalislər təşkilatı”nın 2010-cu il üçün hazırladığı hesabata görə, 11 jurnalistin öldürüldüyü Pakistan bu il ən çox jurnalist qətlə yetirilən ölkə olub.
Hesabatda eyni zamanda jurnalist ölümlərinin 2009 – cu illə müqayisədə 25 % azaldığı, ancaq jurnalistləri qacırma hallarının artdığı (2009 – cu ildə 33 nəfər olduğu halda, 2010-cu ildə bu rəqəm artaraq 51-ə çatıb) bildirilib.
Bu ayın əvvəlində Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin açıqlamasında 2010–cu ildə dünyada 42 jurnalistin öldürüldüyü bildirilmişdi.