Modern.az

Hakim partiyanın 11 üzvü yol qəzasında öldü

 Hakim partiyanın 11 üzvü yol qəzasında öldü

Dünya

17 Aprel 2016, 20:35

 

Cənubi Afrika Respublikasında (CAR) hakim Afrika Milli Konqresi Partiyasının üzvləri olan sərnişin avtobusu qəzaya uğrayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qəza zamanı partiyanın 11 üzvü həlak olub, 59 nəfər yaralanıb.

Qəza onlar seçkiqabağı mitinqdən qayıdanda baş verib.  Həkimlər xəsarət alan 21 nəfərin vəziyyətinin kritik olduğunu bildiriblər. Qəzanın hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır.

Afrika Milli Konqresi Partiyasının 40 minə yaxın tərəfdarı Port-Elizabet şəhər stadionuna avqust ayında keçiriləcək yerli seçkilərlə bağlı öz partiyalarının seçiqabağı manifestini dinləmək üçün toplaşıb. Burada ölkənin prezidenti və partiyanın lideri Ceykob Zuma da çıxış edib.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir