Modern.az

Vahid Ələkbərov: "Neftin qiyməti 50 dollar olacaq"

Vahid Ələkbərov: "Neftin qiyməti 50 dollar olacaq"

20 Aprel 2016, 13:15


Rusiyanin ən böyük özəl şirkəti olan “Lukoyl”un prezidenti Vahid Ələkbərov dünya bazarında neft qiymətinin gələcək perspektivindən danışıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı şirkət rəhbəri “qara qızıl”ın stabil qiymətlər dövrünə gəldiyini və 1 barelə görə 50 dollar səviyyəsində satılacağını bəyan edib.

Vahid Ələkbərov neft qiymətinin stabilləşməsi ilə bağlı razılaşmanın istənilən halda əldə olunacağını bildirib.

Bundan başqa, o, dövlətə məxsus “Başneft” şirkətinin nəzarət paketini almaq üçün danışıqlar apardığını bəyan edib.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!