Modern.az

ABŞ Suriyada kürdlərdən 120 hektar torpaq alıb

ABŞ Suriyada kürdlərdən 120 hektar torpaq alıb

Dünya

21 Aprel 2016, 17:27


Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərinin 120 hektardan çox ərazisi ABŞ-ın “Demokratik ittifaq”  hərbi partiyasına ikinci aviasiya bazasının tikilməsi üçün satılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli mənbələr bildirirlər ki, ABŞ torpağı real dəyərindən 3 dəfə aşağı qiymətə alıb.

Amerikalı hərbçilər hərbi bazanı Kobaninin cənub hissəsindəki Sehbet kəndində tikəcəklər. Hərbi baza üçün daha bir ərazi Sehbetdən 20 kilometr aralıdakı Harab İşk kəndində alınıb.

Bu, Suriyanın şimalında kürdlərin nəzarət etdiyi ərazilərdə tikiləcək sayca üçüncü ABŞ bazası olacaq. Yeni hərbi baza Türkiyə sərhədindən cəmisi 21 kilometr aralıqda yerləşəcək.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü