Modern.az

Merkel Türkiyə-Suriya sərhədinə getdi

Merkel Türkiyə-Suriya sərhədinə getdi

Dünya

24 Aprel 2016, 06:32

Almaniyanın kansleri Angela Merkel, Avropa İttifaqının rəhbəri Donald Tusk və Avropa Komissiyası rəhbərinin müavini Frans Timmermans Türkiyənin Suriya ilə sərhədindəki Qazientep şəhərinə gəliblər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Merkel Türkiyəyə birgünlük səfəri zamanı bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb və suriyalı qaçqınların düşərgəsinə baş çəkib.

Səfər zamanı müzakirə predmeti Avropa İttifaqı ilə Türkiyə arasındakı miqrasiya sazişi olub. Ankara aprelin 19-da razılaşdırılan müqavilədən imtina edəcəyi ilə hədələyib.

Razılaşmanın şərtinə görə, Türkiyə miqrantların yerləşdirilməsi, Ayunanıstandan və digər Avropa ölkələrindəki qaçqınların öz ərazisinə qaytarılması müqabilində Avropa İttifaqından 3 milyard avro almalıdır.

Bunun əvəzində Ankara tələb edib ki, 2016-cı ilin yazında Türkiyə vətəndaşlarının Avropa İttifaqına üzv ölkələr qısamüddətli səfərləri üçün vizasız rejim tətbiq olunsun. Türkiyə hökuməti həm də ölkənin Avropaya inteqrasiyası üçün danışıqların bərpasını da təkid edir.

  Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı