Modern.az

Heç ərəblər qədər də deyilik...

Heç ərəblər qədər də deyilik...

Dünya

24 Aprel 2016, 17:54

Elbəyi Həsənli

Şeyx Məhəmməd bin Rəşid Əl Məktum. O, Birləşmiş Ərəb Əmirliklərində xariqələr yaradıb. Yerli media xəbər verir ki, o, gülçülüklə bağlı müəssisədə olub. Müəssisə 36 hektar sahəsində 200 milyon gül şitili yetişdirilib...

Əmirlikdə onlarla belə mərkəzlər var. Səhranın ortasında ərəblər elmə söykənərək möcüzələr yaradırlar.

9 iqilm qurşağı olan Azərbaycanda isə acından ölürlər. Çünki əkinçiliyə belə, elmi yanaşma yoxdur. Halbuki, bu sahədə Azərbaycanın ağlasığmaz imkanları var. Ağzının içində də o boyda Rusiya bazarı.
Problem ondadır ki, biz ağıl və zəhmətlə pul qazanmaq istəmirik. Bizimki çırpışdırmaqdır...



***

Everest və biz

Ötən il dünyanın ən uca zirvəsi olan Everestdə baş verən zəlzələ alpinistlərin ölümü ilə nəticələndi. Alpinistlər pərən-pərən düşdü. Everestə dırmanmaq biznesi ciddi sarsıntı yaşadı...

Zəlzələdən bir il sonra hər şey yenidən əvvəlki axarına qayıdıb. Artıq 100-dən çox alpisnist Everesti fəth etməyə gəlib...

Sirli-sehirli zirvəyə can atan minlərlə insan indiyə kimi öz arzusuna çatmadan yarı yolda dünyasını dəyişib. Buna baxmayaraq insanlar Everestin cazibəsindən qopa bilmirlər...

Bizim insan üçün belə şeylər yaddır. Ekstremal idman növlərinin ləzzətini bizimkilər duymurlar. Bizə görə, belə şeylər dəlilikdən irəli gəlir.

Heyf deyil araqdan içib, kababdan yeyib, gözəl xanımların əhatəsində məst olasan. Bizim dağda-daşda nə ölümümüz var...


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü