Modern.az

Kanallarda yaranmış problem aradan qaldırılıb

Kanallarda yaranmış problem aradan qaldırılıb

Aktual

17 May 2016, 20:39

Bu gün günorta saatlarında “Aztelekom” MMC Beynəlxalq Stansiyasında   yaranmış texniki nasazlıq mütəxəssislər tərəfindən aradan qaldırılıb. Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, kanallarda yaranmış problem bu saatlarda abunəçilər tərəfindən zəng etmə cəhdlərinin çox olması xətlərin yüklənməsinə səbəb olub.

Bu cür problemlərin gələcəkdə baş verməməsi üçün hazırda IP əsaslı multimedia platforması üzərində iki müasir beynəlxalq stansiya qurulur.

Ən son texniki imkanlara malik olan stansiyalar paralel işləməklə yanaşı, hər hansı problem yarandığı təqdirdə  həmin stansiyalardan biri digərinin trafik yükünü tam şəkildə ödəyə biləcək.

Mövcud olan hazırki stansiya isə üçüncü stansiya kimi fəaliyyətini davam etdirəcək. 

Aytən Zəhra

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü