Modern.az

Milli Məclis insan hüquqları ilə bağlı dinləmələr keçirəcək

Milli Məclis insan hüquqları ilə bağlı dinləmələr keçirəcək

Aktual

16 İyun 2016, 10:09

Bu gün Milli Məclisdə "18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü" ilə əlaqədar dinləmələr keçiriləcək.

Bu barədə məlumat Modern.az-a Milli Məclisdən verilib.

Dinləmədə deputatlar, siyasi partiyaların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, dövlət qurumlarının rəsmiləri və bir neçə hüquq müdafiəçisi iştirak edəcək.

Tədbirdə Azərbaycanda insan hüquqları sahəsindəki məsələlər haqqında müzakirələr aparılacaq.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı