“Rossiya 1” televiziya kanalının operatoru Andrey Nazarenkonun meyiti Moskvanın qərbindəki mənzilində tapılıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, onun bədənibdə bir neçə güllə yarası olub.
Mənbənin məlumatına görə, 44 yaşlı operatora atılan 5 güllədən 3-ü başından dəyib. Onun iyulun 19-da öldürüldüyü güman edilir. Operatorun meyitini bir gün sonra birinci nikahdan olan oğlu aşkar edib.
Modern.az