Modern.az

Prezident nazirlərə musiqili təlim keçdi – VİDEO

Prezident nazirlərə musiqili təlim keçdi – VİDEO

Aktual

6 Avqust 2016, 00:44

İyulun 28-də vəzifəsinin rəsmən icrasına başlayan Perunun 77 yaşlı prezidenti Pedro Pablo Kuçinski kabinetlə ilk rəsmi görüşündən əvvəl nazirləri prezident rezidensiyasının həyətində 20 dəqiqəlik küçə təliminə çıxarıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezident bununla idmanın inkişafı və sağlam həyat tərzi istiqamətində hökumətin siyasətini nümayiş etdirmək istəyib.

Tədbirə təhsil naziri Hayme Saabedra və kənd təsərrüfatı naziri Xose Manuel Ernandes Kalderonu çıxmaq şərtilə hamı idman formasında qatılıb.

“Mən bu gün burada çox məşqçi kimi həmkarlarımı dəstəkləyirəm”, - Saavedra deyib. Kalderon məşqlərdə zədəsinə görə iştirak etməyib, o, kostyumda gəlib.

Məlumatda qeyd edilir ki, Kuçinski və 19 nazirdən 11-i fitnes üzrə iki məşqçinin müşayiəti ilə rəqs musiqisinin sədaları altında hərəkətlər ediblər.

77 yaşlı prezident belə hərəkətlərin sağlam həyat tərzinin təbliğatı məqsədilə hər həftə təşkil ediləcəyinə vəd verib. O, bəyan edib ki, perululara çox hərəkət etmək lazımdır, çünki ölkə əhalisinin yarıdan çoxu artıq çəkidən əziyyət çəkir.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir