Modern.az

Şirvanda qəza- sürücü ağır yaralandı

Şirvanda qəza- sürücü ağır yaralandı

16 Oktyabr 2016, 11:25

Şirvanda baş verən avtoqəzada sürücü kəllə-beyin travması alıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.

 

Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi  “Lada Priora” markalı "99 GD 997" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq “Qanlı dərə” adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi