Modern.az

"O gecənin bütün ağrı-acısını sizinlə birlikdə yaşadıq" - İlham Əliyevdən Ərdoğana MƏKTUB

"O gecənin bütün ağrı-acısını sizinlə birlikdə yaşadıq" - İlham Əliyevdən Ərdoğana MƏKTUB

Aktual

28 Oktyabr 2016, 18:23

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

 

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Türkiyə Respublikası iyulun 15-də Konstitusiyasına, dövlətçiliyinə və demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxaraq müstəqillik və demokratiya yoluna sadiq olduğunu bir daha parlaq şəkildə nümayiş etdirdi və qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmişə Türkiyənin yanında olan Azərbaycan o dəhşətli gecənin bütün ağrı-acısını da, qardaş xalqın zəfərini də Sizinlə birlikdə yaşadı.

 

Əminəm ki, daim möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi və tərəfdaşlığı, qardaşlıq münasibətlərimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcək.

Belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü