Modern.az

“Girovları müdafiə etmək müraciətimə müsbət cavab vermədilər”

“Girovları müdafiə etmək müraciətimə müsbət cavab vermədilər”

Hadisə

24 Noyabr 2016, 12:06

Sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Məclisin 2014-cü il 28 oktyabrda keçirilən plenar iclasında çıxışı zamanı azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə danışarkən “mənə təminat verin, gedib girovları müdafiə edim” demişdi.

Amma daha sonra bu müraciətin nəticəsi barədə hər hansı açıqlama verilmədi.

İ.Ağazadə məsələ ilə bağlı Modern.az-a deyib ki, o vaxt lazımi dövlət strukturlarına, instnasiyalara müraciət edib:

“Amma mənim müraciətimə müsbət cavab vermədilər. Mən təklif etdim ki, ən azından beynəlxalq təşkilatla girovları istədikləri vəkilə təmin olunmalarını təşkil etsinlər. Təəssüf ki, bu məsələdə açıq qaldı”.

 

İ.Ağazadə girovların gələcək taleyi barədə ümidli danışmayıb:

“Düşünürəm ki, beynəlxalq təşkilatlar bu işə qarışmasa, onların azadlığı təmin olunmayacaq”.

 

Sabiq deputat eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılmasını bu istiqamətdə atılan uğurlu addım sayıb:

“Hesab edirəm ki, ictimiayyətin, eləcə də beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltmək lazımdır. Bu baxımdan yaradılan İşçi Qrupunu alqışlayıram. Çox təəssüf ki, mən orada iştirak edə bilmədim, Amma dəvətli idim”.

 

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, noyabrın 23-də Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiəsi Komitəsinin iclası keçirilib. İclasda Müdafiə Komitəsinin 5 nəfərdən ibarət İşçi Qrupunun yaradıldığı elan edilib, komitənin tərkibi də genişləndirilib. İşçi Qrupunun həftədə bir dəfə iclasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Müdafiə Komitəsinin sədri Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov seçilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı