Modern.az

“Ən neqativ tendensiya sənaye istehsalındadır”

“Ən neqativ tendensiya sənaye istehsalındadır”

Aktual

15 Dekabr 2016, 09:52

Dövlət Statistika Komitəsi bu ilin 11 ayının makroiqtisadi nəticələrini açıqlayıb. Açıqlanan göstəricilərin təhlili göstərir ki, son 1 ayda iqtisadiyyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı  danışan iqtisadçı Qubad İbadoğlu deyib ki, ən neqativ tendensiya sənaye istehsalında böhranın başlaması və bu bölmədə tənəzzülün dərinləşməsidir:

 

“Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq müvafiq olaraq, mənfi 3,9 faiz (əvvəlki ayla müqayisədə 0.2 faiz bəndi çox) və mənfi 5,6 (əvvəlki ayla müqayisədə 0.1 faiz bəndi çox ) faizdə qərarlaşıb”

 

Onun sözlərinə görə, bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır:

 

“Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görünür. Yeri gəlmişkən onu da qeyd edək ki, dünən FED uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü