Modern.az

“Prezident Ermənistana xəbərdarlıq etdi”

“Prezident Ermənistana xəbərdarlıq etdi”

Aktual

25 Yanvar 2017, 14:03

“Bu çox vacib bir addımdır. Sərəncama əsasən, Cocuq Mərcanlıda 50 evin tikilməsi, infrastrukturun yaradılması nəzərdə tutulur”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat deyib ki, ötən il aprel döyüşlərində Lələ təpə əməliyyatı zamanı Azərbaycan ordusu həmin yüksəkliyi nəzarətə götürdü.

 

“Bununla da həmin əraziyə nəzarət Azərbaycan ordusuna keçdi. Cocuq Mərcanlı da Cəbrayıl rayonunun həmin kəndlərindən biridir. Həmin kənddə uzun illər idi ki, düşməndən qorxmadan, çəkinmədən cəmi bir ailə yaşayırdı.

 

Cənab prezidentin bu sərəncamı bütün Azərbaycan xalqına ümidverici addım oldu. Yəni ki, biz o yerlərə qayıdacağıq və qayıtmağa başlayırıq”.

Deputatın sözlərinə görə, prezident İlham Əliyev bu sərəncamla düşmənə bir növ xəbərdarlıq etdi ki, bu torpaqlar bizimdir.

 

“Necə ki, indi Cocuq Mərcanlıda evlər tikməyə başlayacağıq, eləcə də bütün işğal altında olan rayonlarımızda bunu edəcəyik. Əhalimizi də öz ata-baba yurdlarına qaytaracağıq”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü