Modern.az

Asim Mollazadə yeni ofis axtarır – özü səbəbini AÇIQLADI

Asim Mollazadə yeni ofis axtarır – özü səbəbini AÇIQLADI

Aktual

30 Yanvar 2017, 13:23

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Nəsimi rayonunda yerləşən ofisindən çıxmaq məcburiyyətində qalıb.

“BakıPost”un xəbərinə görə, Asim Mollazadənin 10 ildən artıq bir müddətdə qaldığı ofis-villadan çıxmasına səbəb maliyyə çatışmazlıqları olub. Hətta, partiyanın qərargahında çalışan işçilərin maaşları da kəsilib.

Modern. az saytı Asim Mollazadə ilə əlaqə saxlayıb. Deputat bildirib ki, heç də ofisdən çıxmasının səbəbi maliyyə çatışmazlıqları deyil.

“Nəsimi rayonunda ofis axtarışındayıq. Yaxın müddət ərzində yeni ofisə köçəcəyik. Yeni binada məskunlaşacağıq. Burada əsas səbəb maliyyə çatışmazlıqları deyil.. Burada əsas səbəb ofisin bizi qane etməməsidir”.

Asim Mollazadə işçilərin əmək haqlarının kəsilməsinə də aydınlıq gətirib.

“İşçilərin əmək haqlarının kəsilməsi xəbərləri tamamilə qeyri-dəqiq məlumatdır. Partiyada çalışanların əksəriyyəti könüllü çalışanlardır. Hansısa formada maaşların kəsilməsindən söhbət gedə bilməz. Maaş alanlar öz əmək haqlarını almaqda davam edəcəklər”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü