Modern.az

Qar Bakıda TIXAC yaratdı - FOTOLAR

Qar Bakıda TIXAC yaratdı - FOTOLAR

Aktual

31 Yanvar 2017, 09:48

Hazırda paytaxtda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayevin Modern.az-a açıqlamasında sürücüləri diqqətli olmağa çağırıb:

“Ümumilikdə isə ciddi tıxaclar yoxdur. Meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti, (şəhər istiqamətində) Xocalı prospekti, (şəhər istiqamətində) Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Faktiki hava şəraiti ilə əlaqədar olaraq,  Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti-Hava limanı istiqamətində, eləcə də Nobel prospekti-Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd, qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir”.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib. 

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir