Modern.az

Ukrayna ilə gəmi və təyyarəqayırma layihələri müzakirə edilib

Ukrayna ilə gəmi və təyyarəqayırma layihələri müzakirə edilib

Aktual

14 Mart 2017, 23:49

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az "Report"a istinadən xəbər verir ki, tərəflər ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, Poroşenko, həmçinin ölkə prezidentlərinin ikitərəfli əlaqələrinin fəallaşdırılması sayəsində mümkün olan Ukrayna və Azərbaycan münasibətlərinin dinamikasını müsbət qiymətləndirib: “Ukrayna prezidenti bu konteksdə 2017-ci ildə Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 12-ci iclasının keçirilməsini vacib sayıb".

Mətbuat xidmətinin məlumatına görə, gəmi və təyyarəqayırma, əczaçılıq, kənd təsərrüfatı kimi sahələrdə perspektivli əməkdaşlıq layihələrinə xüsusi diqqət ayrılıb.

"Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüynün bərpa olunması məsələsində Azərbaycana göstərdiyi dəstəklə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb", - deyə məlumatda qeyd olunur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü