İran neftinin ilk partiyası həftənin sonunadək Belarus neft emalı zavoduna daxil olacaq. Modern.az xəbər verir ki, bu barədə "BelTA" "Belarus Neft Şirkəti"nin baş direktor müavini Sergey Qribə istinadən məlumat yayıb.
Məlumata görə, İranın 80 min ton həcmində olan neft tankeri Odessa limanına gəlib: “Artıq yük boşaldılıb. İlk neft partiyası bu həftə ərzində Mozır NEZ-nə daxil olacaq”.
Modern.az