Modern.az

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verildi

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verildi

Aktual

29 Mart 2017, 11:42

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Modern.az xəbər verir ki, bu haqda Milli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Bu məsələ müzakirəyə çıxarılmış İnzibati Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanuna layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanının həmin qərarların qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmədə sübuta yetirildikdə həmin iddia zərərçəkən şəxslərə maliyyə kompensasiyasının ödənilməsi tələbi formasında təmin oluna bilər.

Məcəlləyə bakların maliyyə bazarlarına nəzarət orqanına qarşı iddiaları və maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair işlər üzrə icraata dair fəsil əlavə edilib.

Layihəyə əsasən ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, rezolyusiyası, ləğvi və iflası, eləcə də banka qarşı tətbiq edilən təsir, təshih və sanksiyalar ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələr apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

 

Mirmahmud Kazımoğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü