Modern.az

ADU-da “Sonsuz dəhliz” filmi nümayiş olunub

ADU-da “Sonsuz dəhliz” filmi nümayiş olunub

Aktual

8 May 2017, 14:58

Mayın 8-də Azərbaycan Dillər Universitetində (ADU) “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Sonsuz dəhliz” filmi nümayiş olunub.

 

Modern.az xəbər verir ki, filmin nümayişindən öncə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edib. 1992-ci ilin 8 may tarixindəAzərbaycanın zəngin və qədim tarixə malik Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsindən danışan prorektorhəmin günün Azərbaycan xalqının həyatında ən böyük müsibətlərdən biri kimi tarixə yazıldığını diqqətə çatdırıb.

 

Ə.Əliyev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası davam edir. O, kampaniyanın məqsədinin Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasından ibarət olduğunu sözlərinə əlavə edib.

 

Sonralitvalı jurnalist Riçardas Lapaytis və rejissor AleksandrasBrokas tərəfindən istehsal olunan, real faktlar əsasında lentə alınan və ermənilərin işğalını özündə əks etdirən“Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub. Film tələbələr tərəfindən böyük maraqla qarşılanıb. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!