Modern.az

Bakıda maşınlara qənim kəsilən dəstə yaxalandı

Bakıda maşınlara qənim kəsilən dəstə yaxalandı

Aktual

10 May 2017, 12:10

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maşınlara qənim kəsilən dəstə yaxalanıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 24-dən mayın 4-dək olan müddətdə Binəqədi rayonu ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon, tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Eldar Balışov, əvvəllər məhkum olunmuşlar - Nicat Ələkbərov və Ramin Cəbrayılov tutulub. Daha 2 nəfər isə müəyyən edilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı