Modern.az

4 nömrəli avtobusun sürücüsü sərnişinlərə gərgin anlar yaşadıb - VİDEO

4 nömrəli avtobusun sürücüsü sərnişinlərə gərgin anlar yaşadıb - VİDEO

Aktual

6 Sentyabr 2017, 14:05

Paytaxtın “28 May” metrostansiyasından “Neftçilər” istiqamətində hərəkət edən 4 nömrəli avtobus Yusif Səfərov küçəsində  “BakuBus”a məxsus 1 saylı marşrut avtobusunun qarşısına keçərək qəza vəziyyəti yaradıb və sərnişinlərə gərgin anlar yaşadıb.

 

“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Modern.az-a bildirib ki, hadisə avqustun 22-si saat 20:37 radələrində baş verib:

 

“Biz Sərnişindaşıma xidmətinin kefiyyətli şəkildə təşkil olunmasına maneə yaradan bəzi sərnişinlərlə bağlı videgörüntüləri mütəmadi şəkildə ictimaiyyətə təqdim edirik. Təəssüf ki, bu cür sərnişinlərlə yanaşı işinin məsuliyyətini hələ də anlamayan, xidmətin kefiyyətli şəkildə həyata keçirilməsinə əngəl olan, eyni zamanda sərnişinlərin həyatını təhlükəyə atan digər yol hərəkəti iştirakçılarına da rast gəlmək olur. Bu cür faktlara biz sərnişinlərimizin sərt əyləclə bağlı şikayətlərini araşdıran zaman daha çox rast gəlirik.

 

Təqdim olunan videogörüntüdən də aydın olur ki, dayanacağa daha tez çatmaq üçün qaydanı pozaraq qoşa xəttin üstündən keçən digər avtobus sürücüsü sərt manevr etməklə “BakuBus”a məxsus avtobusun önünə keçir”.

 

M.Piriyev bildirib ki, mərkəzi yolda qəza şəraiti yaradan “sürücü” sərnişinlərlə yanaşı, digər nəqliyyat iştirakçılarını da təhlükə ilə üz-üzə qoyub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü