Modern.az

Erməni Ümümmilli Konqresi: “Ermənistanın danışıqlarda mövqeyi xeyli zəifləyib”

Erməni Ümümmilli Konqresi: “Ermənistanın danışıqlarda mövqeyi xeyli zəifləyib”

Dünya

2 İyun 2011, 16:48

“ATƏT Minsk Qrupu Xankəndinin Qarabağla bağlı danışıqlar stoluna qaytarılması məsələsinə qətiyyən müzakirə etmir və buna baxmaq niyyətində deyil”.
Modern.az xəbər verir ki, bu sözləri eks-prezident Ter-Petrosyanın rəhbəri olduğu Erməni Ümimmili Konqresinin üzvü David Şahnazaryan bildirib. O, qondarma “DQR”-in danışıqlar prosesindən çıxarılmasında eks-prezident Köçəryanı günahlandırıb. 
Şahnazaryanın sözlərinə görə, Köçəryan şəxsi maraqları xətrinə “DQR”i danışıqlar prosesindən kənarda saxlayıb.
EÜH üzvü qeyd edib ki, bu işdə keçmiş xarici işlər naziri Vardan Oskanyan da məsuliyyət daşıyır.
“Hazırda Ermənistanın danışıqlar prosesində mövqeləri daxili siyasi vəziyyət üzündən zəifləyib. Ermənistan Xankəndinin danışıqlar masasına gətirməklə bağlı ATƏT qarşısında məsələ qaldırmaq üçün heç bir potensialı yoxdur və kifayət qədər zəifdir”-deyə Şahnazaryan bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü