Modern.az

Bakıda satış yarmarkaları təşkil edilir - Video

Bakıda satış yarmarkaları təşkil edilir - Video

Aktual

24 Dekabr 2017, 00:31

Yeni il bayramı ilə əlaqədər olaraq 4 gün kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək. Yarmarkalar həm Bakı, həm də Sumqayıtda fəaliyyət göstərəcək. Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri deyir ki, qiymət bazar qiymətindən aşağı olacaq. Qiymətlərə necə nəzarət ediləcək?

 

Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, əvvəlki illərlə müqayisədə yarmarkaya çıxarılacaq məhsulların həcmi artıb. Həm bitkiçilk, həm də heyvandarlıq məhsullarının çeşidləri də genişlənib.

 

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Murtuzəli Hacıyevin sözlərinə görə, bitkiçilik və heyvandarlıq məhsullarının qiyməti bazar qiymətindən aşağı olacaq. Süni qiymət artımının qarşısını almaq üçün yarmarkada işçi qruplar fəaliyyət göstərəcək. Neqativ hallarla qarşılaşanlar yarmarkada olan nazirliyin əməkdaşlarına məlumat verməlidirlər.

 

Müxtəlif bölgələrdə yaşayan fermerlər öz məhsullarını gətirib yarmarkada sata bilərlər. Bu məqsədlə heç bir ödəniş tələb edilmir.

 

Yarmarkalar səhər saat 8-dən axşam saatlarına qədər fəaliyyət göstərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü