Arxiv
4 Aprel 2018, 15:00 | AKTUAL
Milli Qəhrəman anıldı

Aprelin 3-də tarixində Binəqədi rayonunda Azərbaycan Respublikasının  Milli Qəhrəmanı Fərhad Hümbətovun anım gününə həsr edilmiş tədbir keçirildi.

 

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri  Vüsar İsmayılov,  Aygün Əliyeva, RİH Başçısı Aparatının söbə müdirləri, Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Milli Qəhrəmanlar Mirzə Quliyev, Zabit Quliyev, İntiqam Atakişiyev, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyininsədri Elşən Uluxanlı, Hüquq-mühafizə orqanlarının rəis müavinləri,Milli qəhrəmanın ailə üzvləri və rayon ictimaiyyəti iştirak etdi.

 

Tədbir Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

 

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov Fərhad Hümbətovun həyat yolunun gələcək nəsillər üçün örnək olduğunu söylədi. Milli Qəhrəman Mirzə Quliyev Milli qəhrəmanlara, onların ailələrinə ölkə başçısı tərəfindən böyük dəyər verildiyini qeyd etdi.Daha sonra çıxış edən Milli Qəhrəmanları Tanıtım İctimai Birliyininin Binəqədi rayon şöbəsinin rəhbəri Fizuli Həsənov vətən anlayışının geniş mənaya malik olduğunu və bu anlamı ifadə etmək, onun haqqında danışmaq üçün bir insan ömrünın kifayət etmədiyini bildirdi. Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova şəhid anası olmağın böyük bir qürur olduğunu bildirdi.Qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edəcəyinə inandığını bildirən şəhid anası həmin günün elə də uzaq olmadığını qeyd etdi.Sonda çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılova verildi.NatiqAzərbaycan tarixinə Aprel ayının qələbə ayı kimi daxil edildiyini bildirdi. Vüsar İsmayılov Azərbaycan ordusunun igidliyi, rəşadəti sayəsində düşmən ordusunun məğlubiyyət acısını dadması ilə yanaşı şanlı qələbənin çox yaxında olduğunu anlatdığını və Aprel qələbəsinin Fərhad Hümbətov kimi vətən uğrunda canını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarına ordumuzun igid əsgərlərininin qələbə sözü olduğunu dedi .

 

Rəsmi hissəsi bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirildi. Sonra tədbir iştirakçıları tərəfindən  Milli qəhrəman Fərhad Hümbətovun abidəsi önünə gül dəstələri qoyuldu.

 

Tədbirdən sonra ehsan süfrəsi açıldı.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...   9 Dekabr 2019, 08:23 Manat və dollar həftəyə bu məzənnə ilə başladı 9 Dekabr 2019, 08:21 Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?